“Türkiyənin regional və qlobal gücü artdıqca ölkəmizə
olan hücumların artması bir həqiqətdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf
Partiyasının (AKP) 9 vilayətdə keçirilən konqresində videokonfrans
formatında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək ortaya
qoyduğu güclü iradəni dünyaya nümayiş etdirib:
“Türkiyə
öz həmlələri ilə zülm və müstəmləkələr üzərində qurulan əsirlik
planları kökündən dəyişdirə bilib. Artıq bağlı qapılar arxasında
qurulan planlar məsumların qanı bahasına baş tutmur. Bu planları
pozan bir ölkə olaraq Türkiyənin masa başında oturmaması
mümkündürmü? Kim nə deyirsə desin tarix öz hökmünü
verir”, - deyə Ərdoğan qeyd edib.
Mənbə: report.az