Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Ayn Sefra qəsəbəsinə
qar yağıb.
Səhranın bir hissəsi ağ rəngə bürünüb.
Yerli fotoqraf Kərim Buşetata qeyri-adi mənzərəni çəkmək fürsətini
qaçırmayıb.
Ümumiyyətlə, Əlcəzairdə havanın temperaturu yanvarın 10-dan sürətlə
aşağı düşməyə başlayıb və yanvarın 13-də hətta mənfi tempratur
qeydə alınıb. İnternetdə digər istifadəçilər də qarla örtülmüş qum
təpələrinin fotolarını paylaşırlar.
Böyük Səhranın qapıları adlandırılan Ayn Sefra qəsəbəsi Atlas
dağlarının yanında yerləşir, buna görə burada soyuq hava qeyri-adi
hal deyil, lakin bu ərazidə qar tez-tez görünmür. Daha əvvəl
2018-ci ilin yanvarında bura qar yağmışdı.
Mənbə: report.az