"Enquri SES" bu gün fəaliyyətini dayandırıb
Reabilitasiya işləri ilə əlaqədar "Enquri SES" 20 yanvar tarixindən etibarən 3 ay müddətinə bağlanacaq. "Enquri SES"-in direktoru Levan Mebonianın "İnterpressNews"-a verdiyi məlumata görə, tunelin təmiri ilə əlaqədar olaraq SES yanvarın 20-dən aprelin sonuna qədər bağlanacaq.

“SES-in digər bərpa işləri artıq başlamışdır. Hazırda tunel təmirindən bəhs olunur ki, bunun üçü SES-in dayandırılması mütləqdir. "Enquri SES" yanvarın 20-dən aprelin sonunadək fəaliyyətini dayandıracaq", – deyə Levan Mebonia qeyd edib.

Onun sözlərinə əsasən, SES-in dayandırılmasına görə ölkə 400 milyon kvt/saatdan artıq elektrik enerjisi itirəcək. Məlumat üçün bildirək ki, əvvəlcə 2018-ci ildə AYİB Enquri hidroelektrik stansiyasının bərpası üçün 28 milyon kredit ayırmışdı. Bundan əlavə, keçən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Enquri hidroelektrik stansiyasının bərpası üçün əlavə 10 milyon avro ayırmış və beləliklə, AYİB-in ayırdığı ümumilikdə 38 milyon avro məbləğində 1%-lik kredit Engquri su elektrik stansiyasının bərpası üçün istifadə ediləcəkdir. "Enquri SES"-in dayandırılması zamanı işğal olunmuş Abxaziyanın enerji ilə necə təmin ediləcəyinə gəlincə, iqtisadiyyat nazirinin sözlərinə görə, Abxaziya Rusiyadan idxal olunan elektrik enerjisini alacaq və ödəniş Abxaziya tərəfindən həyata keçiriləcək.

""Enqur SES"-in dayandırılması bizim enerji sistemimizə zərər verməyəcək, çünki mövsümi istehsal bu anda minimaldır. Bu dövrdə Abxaziyanın elektrik enerjisi ilə necə təmin olunacağına gəldikdə, artıq Rusiyadan idxal olunan elektrik enerjisi aldıqları və ödənişin onlar tərəfindən edildiyi açıqlandı, yəni biz bu məsələdə iştirak etmirik", – deyə Natia Turnava qeyd edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google