Rustavidə bir yeniyetmə eyvandan yıxılıb
Rustavidə bir yeniyetmə eyvandan yıxılıb.

"Info Rustavi"-nin yaydığı məlumata əsasən, XIX mikrorayonda 13 yaşlı qız 3-cü mərtəbədəki mənzilinin eyvanında olanda halı pisləşib və o eyvandan yıxılıb.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Uşaq Rustavi şəhərindəki klinikaya aparılıb və burada ona ilk tibbi yardım göstərilib.

Hazırda xəstə Tbilisidəki İaşvili Klinikasına köçürülüb.

Rustavi klinikasından "İnfo Rustavi"-yə verilən məlumata görə, tibb müəssisəsinə qəbul olunanda qız oyaq olub, onda çoxsaylı sınıqlar müəyyən olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google