Marneulidə “Azadlığın Qanlı Yolu” adlı tədbir keçirildi (VİDEO)
Bu gün, 20 yanvar tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin 31 illiyinə həsr olunmuş “Azadlığın Qanlı Yolu” adlı tədbir keçirildi. Tədbir “AtaHolding” idman kompleksində baş tutdu.

Anım tədbirini giriş sözü ilə GAİM-in direktoru Rafiq Hümmət açaraq, hadisə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra Rafiq Hümmət bildirdi ki, 20 yanvar təkcə qanlı, faciəli bir gün deyil, eyni zamanda Azərbaycan xalqı üçün şərəfli bir tarixdir və bu gün qəhrəmanlıq salnaməsi kimi qeyd olunur.



Tədbirdə çıxış edən ziyalılar və mərkəzin müəllimləri də “20 yanvar” günü baş verən hadisələr haqda iştirakçılara məlumatlar verdilər. Mərkəzin müəllimləri və şagirdləri də öz təəssüratlarını bizimlə bölüşdülər.



Tədbirdə ziyalı şəxslər, mərkəzin müəllimləri və şagirdləri, gənclər və maraqlanan şəxslər iştirak edirdilər.

Tədbir şagirdlərin hazırladığı 20 yanvarla bağlı şeirlər və çıxışlarla davam etdi.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 11-ci Qızıl Ordunun Bakı şəhərinə hücumu zamanı 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdi. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım və polis əməkdaşları da olmuşdur.

Qeyd edək ki, 20 Yanvar faciəsi zamanı altı nəfər Gürcüstan azərbaycanlısı da həlak olub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google