Parlament binası qarşısında 7 ədəd çadır qurulub
Aksiya iştirakçıları parlamentin yaxınlığında çadırlar qurublar.

Bu vaxta kimi yeddi çadır qurulub. Etirazçıların sözlərinə görə, çadırların sayını artıra bilərlər.

Çadırlar müxtəlif siyasi partiyalara, gənclərə və fəal vətəndaşlara məxsusdur.

Onların fikrincə, parlament binasının yaxınlığında çadır qurmaq etiraz formalarından biridir. İştirakçılar Vahid Milli Hərəkatın lideri Nika Meliyanın həbs olunmasına etiraz edirlər və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.



Print ელ. ფოსტა
FaceBook Twitter Google