Aksiya iştirakçıları parlamentin yaxınlığında çadırlar qurublar.
Bu vaxta kimi yeddi çadır qurulub. Etirazçıların sözlərinə görə,
çadırların sayını artıra bilərlər.
Çadırlar müxtəlif siyasi partiyalara, gənclərə və fəal vətəndaşlara
məxsusdur.
Onların fikrincə, parlament binasının yaxınlığında çadır qurmaq
etiraz formalarından biridir. İştirakçılar Vahid Milli Hərəkatın
lideri Nika Meliyanın həbs olunmasına etiraz edirlər və
növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.