Bizim komandanın vaxtında göstərdiyi reaksiya virusa qalib gəlməyimizə imkan yaratdı – Qaribaşvili
Baş nazir İrakli Qaribaşvili bildirib ki, hakim komandanın vaxtında göstərdiyi reaksiya ölkənin virusa qalib gəlməsinə imkan yaradıb. Baş nazirin bəyanatını hökumət administrasiyası yayımlayıb.

İrakli Qaribaşvilinin qiymətləndirməsinə görə, bugünkü vəziyyətin müsbət yönlü olmasına baxmayaraq, mübarizə hələ də davam edir və diqqətli olmaq lazımdır.

“Bir ildir ki, biz bu müharibədəyik. Bizim komandanın vaxtında göstərdiyi reaksiya, gürcü həkim və epidemioloqlarının peşəkarlığı və vətəndaşlarımızın göstərdiyi məsuliyyət yazda, pandemiyanın başlanğıcında və eləcə də ikinci dalğa zamanı virusa qalib gəlməyimizə imkan yaratdı. Çox ciddi problemlər var idi. Qısa müddət ərzində bizə pandemiyanı idarə edəcəyimiz rejimə keçmək lazım gəldi və demək olar ki, bu problemə təsirli cavab veririk. Doğrudur, dünyada vaksin çatışmazlığı bizim əhalinin peyvəndlənməsini çətinləşdirdi. Ancaq inanın ki, bizim hökumət, hər bir qurum ölkənin birinci dozanı tezliklə alması üçün əlindən gələni edir”, – İrakli Qaribaşvili bildirdi.

Onun sözlərinə görə, bugünkü vəziyyətin müsbət yönlü olmasına, tənzimləmələrin əksəriyyətinin yumşaldılmasına baxmayaraq, mübarizə hələ davam edir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google