Baş nazir İrakli Qaribaşvili bildirib ki, hakim komandanın vaxtında
göstərdiyi reaksiya ölkənin virusa qalib gəlməsinə imkan yaradıb.
Baş nazirin bəyanatını hökumət administrasiyası yayımlayıb.
İrakli Qaribaşvilinin qiymətləndirməsinə görə, bugünkü vəziyyətin
müsbət yönlü olmasına baxmayaraq, mübarizə hələ də davam edir və
diqqətli olmaq lazımdır.
“Bir ildir ki, biz bu müharibədəyik. Bizim komandanın
vaxtında göstərdiyi reaksiya, gürcü həkim və epidemioloqlarının
peşəkarlığı və vətəndaşlarımızın göstərdiyi məsuliyyət yazda,
pandemiyanın başlanğıcında və eləcə də ikinci dalğa zamanı virusa
qalib gəlməyimizə imkan yaratdı. Çox ciddi problemlər var idi. Qısa
müddət ərzində bizə pandemiyanı idarə edəcəyimiz rejimə keçmək
lazım gəldi və demək olar ki, bu problemə təsirli cavab veririk.
Doğrudur, dünyada vaksin çatışmazlığı bizim əhalinin
peyvəndlənməsini çətinləşdirdi. Ancaq inanın ki, bizim hökumət, hər
bir qurum ölkənin birinci dozanı tezliklə alması üçün əlindən
gələni edir”, – İrakli Qaribaşvili bildirdi.
Onun sözlərinə görə, bugünkü vəziyyətin müsbət yönlü olmasına,
tənzimləmələrin əksəriyyətinin yumşaldılmasına baxmayaraq, mübarizə
hələ davam edir.