İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı müzakirələr aparılır -Kris Soça

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparat rəhbəri Kris Soça, Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi üçün müzakirələrin getdiyini söyləyib.



Mümkün sanksiyalar Senatda və Nümayəndələr Palatasında müzakirə olunur. Düşünürəm ki, bu halda iki məsələyə baxıla bilər: Dövlət Departamentinin İvanişvilinin ABŞ-da oxşar hesabları varsa hesabları dondurma imkanı var. Maliyyə Departamenti həqiqətən bunu etmək imkanına sahibdir.

İkinci məsələ səyahət qadağasıdır - İvanişvilinin özü ABŞ-a getmirsə də, səyahət edən öcladları var. Övladlarını ABŞ-a səyahət etmək və təhsil almaq imkanından məhrum etmək barədə də danışıldı. Düşünürəm ki, bunlar onu narahat edəcək məsələlərdir...

"Bu, davranışını dəyişdirməyə məcbur edəcək açıq bir vasitə deyil, amma yenə də bu bir yoldur
",-deyə Soça fevralın 25-i onlayn keçirilən görüşdə bildirib.

Soça İvanişvilidən əlavə digər insanlara qarşı sanksiyaların tətbiq olunma ehtimalı barədə də danışıb:

"Düşünürəm ki, siyasi motivli təqiblərdə iştirak edən, ona [İvanişviliyə] yaxın olan və sanksiya tətbiq edilə biləcək başqa şəxslər də var",- deyən Soça, hələ heç bir qərarın verilmədiyini, ancaq danışıqların davam etdiyini təkrarlayıb.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google