Marneulidə yük maşını küçə işığı dirəyini sındırıb
Bu gün, 4 mart tarixində Marneuli-Tbilisi yolunda, "Yenə də böyüyəcəklər" abidəsi ərazisində yük maşını küçə işığı dirəyini yıxıb.

Hadisə şahidlərinin "Marneuli" radiosuna bildirdiyinə görə, yük maşını dönməyə cəhd edirmiş və bu zaman dirəyi sındırıb.

"Polis də gəlmişdi, sürücünü cərimələdilər. Xəsarət alan olmayıb. Sadəcə sürücü öz vəsaiti ilə dirəyi təmir etdirəcək", – hadisənin şahidi dedi.

Daxili İşlər Nazirliyindən Marneuli radiosuna verilən məlumata görə, faktla bağlı inzibati araşdırmaya başlanılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google