“Son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin
sayı 11 faiz artıb”.
RİA Novostinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.
Qeyd edilib ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı
artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71
mindən çox olub.
Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVID-dən ölüm sayı
46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində
7 faiz, Avropada isə 2 faiz artıb.
Mənbə: apa.az