Aprelin 8-i Türkiyədə Qaraçılar Günü kimi qeyd ediləcək
Hər ilin aprelin 8-i Türkiyədə Qaraçılar Günü kimi qeyd ediləcək.

“Ahaber” xəbər verir ki, bu barədə Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, qaraçıların etnik mədəniyyətinin qorunması, yaşadılması məqsədi ilə hər ilin aprelin 8-i Türkiyədə Qaraçılar Günü kimi qeyd olunacaq.

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi aprelin 8-də Dünya Qaraçılar Günü çərçivəsində tədbirlər təşkil edəcək.

Mənbə: report.az
Print