Gürcüstan prezidenti Salome Zurabişvili 9 aprel tarixində saat
12:00-da Parlamentdə illik hesabatını təqdim edəcək.
Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Prezident Gürcüstan Konstitusiyasına uyğun olaraq ildə bir dəfə
ölkənin ən vacib məsələləri barədə Parlamentə hesabat təqdim
edir.
Gürcüstan prezidenti Salome Zurabişvili üçüncü dəfə Parlamentə
illik hesabat təqdim edəcək.