Bu ilin yanvar-fevral aylarında Gürcüstan 5,6 mln. ABŞ dollar
dəyərində 4,211 ton günəbaxan yağı idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd
olunub.
Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik ifadədə 62%,
həcmi isə 7,2% artıb. Hesabat dövründə Gürcüstan Azərbaycandan
392,8 min dollar dəyərində 296,5 ton günəbaxan yağı idxal edib. Bu
göstərici illik müqayisədə dəyər baxımından 26% çox, həcm
baxımından isə 6,7% azdır. Belə ki, 2020-ci ilin ilk iki ayında
Gürcüstan Azərbaycandan 311,6 min dollar dəyərində 317,8 ton
günəbaxan yağı idxal edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın
ən çox günəbaxan yağı idxal etdiyi ikinci ölkə olub. İlk yerdə isə
Rusiya qərarlaşıb – 3 624,7 ton (4,8 mln. dollar).
Mənbə: apa.az