404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Komendant saatı kimlər üçün ləğv oluna bilər – Açıqlama
Parlamentin Səhiyyə Komitəsinin sədri Dimitri Xundadze bildirib ki, turistlər üçün komendant saatının qaldırılması məsələsini müzakirə etmək mümkündür, lakin ona görə bunun icrası asan olmayacaq.

Millət vəkili bunu "Acarıstan TV" ilə müsahibəsində bir jurnalistin - ölkəyə daxil olan turistlər üçün komendant saatının qaldırılması məsələsini müzakirə etməyin mümkün olub-olmadığı sualına cavab olaraq deyib.

"Bu məsələni (turistlər üçün komendant saatının qaldırılması) müzakirə etmək mümkündür, amma təbii ki, bunun icrası asan olmayacaq. Əvvəlcə insanların yoluxucu və epidemioloji cəhətdən təhlükəli olmamaq üçün maksimum sığorta mexanizminə sahib olmalarını təmin etməliyik.

Əlbəttə ki, bu qaydalara əməl etsək - restoranlarda məsafənin qorunacağına əmin olsaq; ziyarətçilər peyvənd olunduğunu və ya virusu keçirtdiyini və artıq yoluxma-yoluxdurma təhlükəsi daşımadığını sübut edən sənədə sahib olarsa, əlbəttə, bu qaydalar müzakirə edilə bilər",-
deyə Xundadze bildirib.

Mənbə: Publika
FaceBook Twitter Google
დაიცავი დისტანცია