Gürcüstanda kütləvi mərasimlərin keçirilməməsi üçün daha bir qadağa elan olundu
İctimai sosial tədbirlər (məs: toy, yubiley, yas mərasimi və s.) və kütləvi əyləncə tədbirlərinin keçirilməsi məqsədi ilə məkanın icarəyə verilməsi qadağan olunur – qeyd olunan dəyişiklik “təcrid və karantin qaydalarının təsdiqlənməsi barədə” Gürcüstan hökumətinin sərəncamına edilib.

Sərəncam qadağan edilmiş məqsədlər üçün məkanlardan istifadə etmək hallarının aradan qaldırılması üçün məkan sahiblərinə müqavilə əsasında konkret məhdudiyyətlər tətbiq etmə yolu ilə hər hansı vacib ölçüləri götürmək öhdəliyi qoyur. Həmçinin, məkan sahibləri pozuntu barədə məlumat alan kimi təcili surətdə müvafiq xidmətlərə bildirmək öhdəliyi daşıyırlar.

Bundan əlavə, əgər qadağan edilmiş tədbirin keçirilməsi koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə səhiyyə nazirinin sərəncamına əsasən təsdiqlənmiş tələbləri də pozursa, Əmək Müffətişlik Xidməti Daxili İşlər Nazirliyi ilə birgə müvəqqəti şəkildə obyektə şəxslərin daxil olmasını məhdudlaşdıra bilər. Obyektə icazəsiz girmək, kilidi açmaq, yaxud Əmək Müfəttişliyi Xidməti tərəfindən obyektə tətbiq edilmiş tələblərin əksinə hərəkət etmək yolverilməzdir.

Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən ölkədə 10-dan artıq fiziki şəxsin bir yerə toplaşması qadağandır. Bu qadağa toy, yubiley, yas mərasimi və s. kimi ictimai sosial tədbirlərə də aiddir.

Baş-nazir İrakli Qaribaşvili “Təcrid və karantin qaydalarının təsdiqlənməsi barədə” Gürcüstan hökumətinin sərəncamına edilən dəyişiklikləri artıq təsdiqləyib.

Mənbə: İnterPressNews
Print