404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Marneulidə maşın vurmuş piyadanın vəziyyəti ağırdır

7 aprel tarixində Rustaveli küçəsində piyadanı maşın vurub. Şahidlərin sözlərinə görə, 70 yaşlarında kişi piyada hərəkət edərkən onu maşın vurub.

Hadisə yerinə patrul polisi cəlb olunub. Xəsarət alan şəxs təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib.

Bu gün, 8 aprel tarixində “Aversi” klinikasının meneceri “Marneuli” radiosuna bildirdi ki, xəsarət alan şəxsin vəziyyəti ağırdır.

“Kompüter tomoqrafiyası çəkildi. Bütün orqanları müayinə edildi. Başında zədə var və müalicəsi neyrocərrahın müşahidəsi altında davam etdirilir. İndiki mərhələdə əməliyyata ehtiyac yoxdur, ancaq onun vəziyyəti ağırdır”, – “Aversi” klinikasından bildirdilər.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə avtomobil, tramvay, trolleybus, traktor, yaxud başqa mexaniki nəqliyyat vasitəsini hərəkəti təhlükəsizliyi, yaxud istismar qaydasının pozulması nəticəsində insan sağlamlığına qismən ağır zərər vurmanı nəzərdə tutur.

 

 

FaceBook Twitter Google
დაიცავი დისტანცია