Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, "komendant
saatlarında" Qoridə bir mağaza qarət edilib.
Mağaza sahibi ərzaq və pulun götürüldüyünü bildirib.
"Uşaqlar acdır. Hər şeydən məhrumdurlar. Nə edə
bilərlər?! Ac bir uşaq içəri girdi, yemək və içki oğurladı. Götürdü
və o günlük yeməyi-içməyi oldu. [...] Necə çətin vəziyyətdədir ki,
gəlib yemək-içmək apardı. Əlinə keçəni aparıb. İndi bunun üstündə
mən onu həbsxanaya göndərsəm, nəsə dəyişəcək?! Daha da pis
olacaq", - deyə Svetlana Merabişvili "Formula"-ya
danışarkən bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı
Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 177-ci maddəsi ilə
istintaq başlanılıb.