Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvilinin kürəkəni
Mindia Qoqoçuri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
M.Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və
saxlanılması, polis əməkdaşlarına müqavimətin göstərilməsi, külli
miqdarda qadağan edilmiş narkotik vasitələrin saxlanılmasında
ittiham olunurdu.
Qeyd edək ki, sabiq dövlət başçısının yaxın qohumu ötən ilin
iyulunda Ozurgeti şəhərində mehmanxanalardan birində baş vermiş
insidentlə bağlı saxlanılıb.
Mənbə: report.az