Gürcüstanın Azərbaycana borcu son bir ildə 19,7% və ya 1 237,0 min
ABŞ dolları azalaraq 5 054,0 min dollar təşkil edib.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin 31 mart tarixinə olan
göstəriciyə əsasən təqdim etdiyi hesabatında qeyd olunub.
Bildirilib ki, bu göstərici ötən ilin 31 martında 6 291 min dollar
təşkil edib.
Hesabata əsasən, 2021-ci ilin 31 mart tarixində Gürcüstanın ümumi
xarici dövlət borcu 7 720 504,0 min dollar təşkil edib ki, bunun da
95,2%-i hökumətin borcu təşkil edib. Gürcüstan Milli Bankının
xarici borcu isə 367 057,0 min dollara bərabərdir.
Qeyd olunub ki, Gürcüstanın xarici dövlət borcu son bir ildə 35,7%
və ya 2 032 243,0 min dollar artıb. Ötən il bu göstərici 5 688
261,0 min dollar təşkil edib.
Mənbə: apa.az