Gürcüstanda koronavirusla əlaqədar sərt karantin rejimi yenidən
tətbiq oluna bilər.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri
Yekaterina Tikaradze söyləyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə ölkədəki epidemioloji
vəziyyətdə gərginlik müşahidə olunur. Əgər vəziyyət belə davam
edərsə və gündəlik yoluxma halı 4 faizi keçərsə, karantin və
sərtləşmə barədə düşünmək məcburi olacaq.
Nazir deyib:
“İndi əsas fikir mövcud məhdudiyyətlərin
riayət olunması və monitorinqini mümkün qədər sərtləşdirməkdir.
Lakin biz iqtisadiyyatı dayandırmaq istəmirik, çünki bunun
nəticələrinin nə ola biləcəyini bilirik”.
Qeyd edək ki, aprelin 17-də ölkədə COVID-19 virusuna yoluxanların
sayı 1219 fakt artaraq 294 min 540-a çatıb. Onların da 180 min
132-si sağalıb, 3925-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantin rejimində 335, stasionar nəzarətdə 2 848
nəfər var. Daha 427 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə
saxlanılır.
Aprelin 17-də gündəlik yoluxma 3,58 faiz, son 7 gündə isə 3,26 faiz
olub.
Mənbə: azertac.az