Cari ilin yanvar-mart ayları ərzində Gürcüstan 10,2 min ton neft
bitumu idxal edib. Bu da illik müqayisədə 4,1 min ton və ya 28,7
faiz azdır.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat
yayıb.
Bildirilib ki, Gürcüstanın birinci rübdə idxal edilən məhsulun 84,3
faizi və ya 8,6 min tonu Azərbaycanın payına düşüb. Bununla da
Azərbaycan hesabat dövründə Gürcüstanın əsas neft bitumu
tədarükçüsü olub.
Hesabat dövründə Gürcüstanın neft bitumu idxal etdiyi ölkələr
sırasında İraq 1,1 min tonla ikinci (10,8 faiz), Rusiya 0,5 min ton
və ya 4,9 faizlə üçüncü yerdədir.
Qeyd edilir ki, təkcə cari ilin martında Gürcüstan 5 min ton neft
bitumu idxal edib ki, bunun da 4,2 min tonu və ya 84 faizi
Azərbaycanın payına düşüb.
Mənbə: azertac.az