Bu gün Baş nazirin rəhbərliyi ilə Koordinasiya Şurası toplaşacaq,
iclasda ağırlaşan epidemioloji vəziyyət səbəbi ilə ölkədə əlavə
qaydaların tətbiq olunub-olunmayacağına qərar veriləcək.
Səhiyyə nazirinin sözlərinə görə, əmək müfəttişliyi son dövrdə
intensiv nəzarət aparıb və cərimələr sərtləşdirilib.
"Şurada, ölkədəki müxtəlif tənzimləmələrin əsasını
təşkil edən göstəriciləri hərtərəfli müzakirə
edəcəyik. Qarşıdan gələn
qeyri-iş günləri ilə əlaqədar şura hansı təşkilatların və hansı
istiqamətlərin çalışmağa davam etməli olduğunu da müzakirə edəcək",
– deyə Tikaradze bildirib.