Avropa Şurası Parlament Assambleyasının [PACE] 19-22 aprel
sessiyasında Rusiya nümayəndə heyətinin 12 üzvündən 5-i erməni
əsirlərinin [həm hərbi, həm mülki] geri qaytarılması ilə bağlı
müzakirəni dəstəkləməyib [Ermənistan tərəfi təxminən 100-200
əsirdən bəhs edir].
12 üzvdən digər 7 üzv isə bitərəf qalıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan, azadlıq
radiosunun Ermənistan xidmətinə – azatutyun.am- səhifəsinə verdiyi
açıqlamasında "Rusiya rəsmi olaraq Ermənistanın strateji müttəfiqi
hesab edildiyi halda, nəyə görə Rusiya nümayəndə heyəti erməni
əsirlərin qaytarılması ilə bağlı müzakirələrə dəstək verməyib?"
sualına cavab olaraq, baş verənlər barədə Rusiyanın nümayəndə
rəhbəri Pyotr Tolstoyla danışıb.
"Mənə ünsiyyət problemi yarandığını və əslində
Rusiyanın erməni əsirlərin dərhal geri qaytarılmasını
dəstəklədiyini bildirdi", – Ermənistan nümayəndə
heyətinin rəhbəri bildirib.
"Bütün bunlar nə deməkdir? O deməkdir ki, əsirlərimizin
qaytarılmasının Rusiya üçün əhəmiyyəti yoxdur. Niyə səs verə
bilmədikləri ilə bağlı fərqli açıqlamalar verilib, lakin, bunlar
bizi maraqlandırmır və maraqlandırmamalıdır da", –
analitik Ruben Marqaryan qeyd edib.
Rusiya nümayəndə heyətindən başqa, Azərbaycan və Türkiyə nümayəndə
heyətləri də əsirlərin geri qaytarılması məsələsini
dəstəkləməyiblər.
Ümumilikdə, 93 nümayəndə müzakirəni dəstəkləyib, 21 nümayəndə
əleyhinə olub, 18 nümayəndə isə bitərəf qalıb.