Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfəyədək artıb
Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 5 287 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 2 737 nəfər və yaxud 1,9 dəfə çoxdur.

Yanvar-aprel aylarında isə Gürcüstan Azərbaycandan 16 601 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 248 139 nəfər və yaxud 93,7 % azdır. Hesabat dövründə Azərbaycan Gürcüstana yollanan ziyarətçilərin sayı baxımından Türkiyə, Ermənistan və Rusiyadan sonra IV yeri tutub.

İlk dörd ayda qonşu ölkəyə səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı 220 466 nəfərə (-84 %) bərabər olub.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google