Gürcüstan “AstraZeneca” vaksininin növbəti partiyasını alıb
Gürcüstan koronavirusa qarşı “AstraZeneca” peyvəndinin 43 min dozadan ibarət növbəti partiyasını tədarük edib.

Preparat bu vaksinin ilk dozasını vurduranlar üçün nəzərdə tutulub.

Gürcüstanda artıq 25 mindən çox şəxs “AstraZeneca”nın ilk dozasını alıb, daha 100 min nəfər isə bu preparatla peyvəndlənmək üçün qeydiyyatdan keçib. İkinci dozanın vurulmasına mayın 10-dan başlanılacaq.

Bu ayın ortalarında əlavə 43 min dozanın əldə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan “AstraZeneca”nın ilk partiyasını martın 13-də alıb. Ölkədə bu peyvənd ilə vaksinasiya martın 15-dən, “Pfizer” ilə martın 30-dan, “Sinopharm” ilə isə mayın 4-dən aparılır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google