“Pfizer” peyvəndi spermaya mənfi təsir göstərmir – İsraildə aparılmış tədqiqat
İsraildə aparılmış yeni araşdırmanın ilkin nəticələrinə görə, "Pfizer"/"BioNTech" peyvəndi spermaya mənfi təsir göstərmir.

Tədqiqat çərçivəsində elm adamları 43 könüllünün nümunələrini araşdırıblar. Peyvənddən bir ay əvvəl və peyvənddən bir ay sonra götürülmüş nümunələrdə parametrlərin heç biri – həcmi, konsentrasiyası və hərəkəti əhəmiyyətli dərəcədə dəyişməyib.

"Bu ilkin nəticələr peyvənd olmağı planlaşdıran gənc kişilər üçün uyğundur. Həmçinin, uşaq sahibi olmaq istəyən cütlüklər də peyvənd olunmalıdır, çünki peyvənd spermaya təsir etmir", – araşdırmanın müəllifləri bildirib.

Onların sözlərinə görə, koronavirusla bağlı araşdırmalar virusun spermaya mənfi təsir göstərdiyini sübut edir.

Ayrıca, yeni araşdırmanın ilkin nəticələri koronavirusun sinir sisteminə mənfi təsir göstərdiyini və yoluxmadan 77 gün sonra müayinə edilən xəstələrin bir hissəsinin yuxu problemi, yorğunluq, narahatlıq və travma sonrası stress yaşadığını göstərir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google