İsraildə aparılmış yeni araşdırmanın ilkin nəticələrinə görə,
"Pfizer"/"BioNTech" peyvəndi spermaya mənfi təsir göstərmir.
Tədqiqat çərçivəsində elm adamları 43 könüllünün nümunələrini
araşdırıblar. Peyvənddən bir ay əvvəl və peyvənddən bir ay sonra
götürülmüş nümunələrdə parametrlərin heç biri – həcmi,
konsentrasiyası və hərəkəti əhəmiyyətli dərəcədə dəyişməyib.
"Bu ilkin nəticələr peyvənd olmağı planlaşdıran gənc
kişilər üçün uyğundur. Həmçinin, uşaq sahibi olmaq istəyən
cütlüklər də peyvənd olunmalıdır, çünki peyvənd spermaya təsir
etmir", – araşdırmanın müəllifləri bildirib.
Onların sözlərinə görə, koronavirusla bağlı araşdırmalar virusun
spermaya mənfi təsir göstərdiyini sübut edir.
Ayrıca, yeni araşdırmanın ilkin nəticələri koronavirusun sinir
sisteminə mənfi təsir göstərdiyini və yoluxmadan 77 gün sonra
müayinə edilən xəstələrin bir hissəsinin yuxu problemi, yorğunluq,
narahatlıq və travma sonrası stress yaşadığını göstərir.