2021-ci il vahid milli imtahanları
Vahid Milli İmtahanlar 2021-ə qeydiyyatdan keçən abituriyentlərin fənn seçimi məlumdur:
  • Tarix fənni 22200 abituriyent tərəfindən seçilib;
  • Riyaziyyat - 12900 abituriyent;
  • Biologiya - 3000 abituriyent;
  • Coğrafiya - 700 abituriyent;
  • Ümumi bacarıq - 4100-dən çox abituriyent;
  • Ədəbiyyat - 800-dən çox abituriyent;
  • Kimya - 2300 abituriyent;
  • Fizika - 200 abituriyent;
  • Təsviri və tətbiqi incəsənət - 50-dən çox abituriyent.
Qəbul müsabiqəsində iştirak etmək üçün bu il də üç məcburi fəndən (gürcü dili və ədəbiyyatı, xarici dillər, tarix və ya riyaziyyat) müvəffəqiyyətlə keçilməlidir. Səhiyyə təhsili proqramlarına qəbul olmaq üçün isə dörd imtahan lazımdır. Əlavə fənlərə gəldikdə, hər biri müəyyən proqram üçün ali təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilib. Ali təhsil müəssisəsinin əlavə bir seçim fənni tələb etdiyi təqdirdə isə dörd fəndən də baryeri aşmaq məcburidir.

Xatırladaq ki, abituriyentlər müraciətlərin nəticələri dərc olunan gündən sonrakı günə qədər təhsil proqramlarını dəyişdirmək və əlavə etmək imkanına malikdirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google