“Gürcüstan strateji məkanda yerləşdiyindən regional
enerji bazarlarına çox yaxşı çıxışı var”.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə
regional direktoru Katarina Byorlin Hansen deyib.
Onun sözlərinə görə, Gürcüstan daxili istehsal baxımından daha
dayanıqlı olarsa, qonşu ölkələrə elekrik enerjisi ixracı üçün
potensialı yarana bilər.
Regional direktor bildirib ki, Gürcüstanda elektrik enerjisinin
istehlakı artır:
“Gürcüstan hidroenerji resurslarının
yalnız 20 %-ni istifadə edir. Ölkədə artan istehlakı təmin etmək
üçün daxili istehsalı, o cümlədən, külək, günəş və su elektrik
stansiyalarını da inkişaf etdirməlidir”.
K.Byorlin Hansen EBRD-nin Gürcüstanda bərpa olunan enerji
sahəsindəki layihələri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Mənbə: report.az