Marneuli kəndlərində aparılmış sorğuda iştirak edən sakinlərin əksəriyyəti su problemi olduğunu qeyd edir

Marneuli bələdiyyəsində 6 kənddə aparılmış araşdrımaya görə, əhalini ən çox içməli su problemi narahat edir.

“Yeni Düşüncə İnstitutu” 12 may tarixindən 20 may tarixinə qədər 7 kənddə sorğu keçirib. Sorğu kəndlərin ehtiyacları və kovid pandemiyasına görə yaranmış problemlərlə bağlıdır. Sorğuda iştirak etmiş 1068 nəfərin əksəriyyəti içməli su və suvarma suyu problemini qeyd edib.

1. Xuldərə İcma Mərkəzi - içməli su problemi
2. Mollaoğlu İcma Mərkəzi – suvarma suyu problemi
3. Algeti İcma Mərkəzi - yol problemi
4. Ağməmmədli İcma Mərkəzi – zibil problemi
5. Qasımlı İcma Mərkəzi – suvarma suyu problemi
6. Aşağı Saral İcma Mərkəzi – içməli su problemi
7. Nəzərli İcma Mərkəzi (Qardabani) - içməli su problemi


Yeni Düşüncə İnstitutu icma mərkəzləri ilə birlikdə regional layihə həyata keçirir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi və Şərq-Qərb İdarəçilik İnstitutunun (EWMI) ACCESS layihəsinin dəstəyi ilə həyata keçirilir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google