Marneuli bələdiyyəsində 6 kənddə aparılmış araşdrımaya görə,
əhalini ən çox içməli su problemi narahat edir.
“Yeni Düşüncə İnstitutu” 12 may tarixindən 20 may tarixinə qədər 7
kənddə sorğu keçirib. Sorğu kəndlərin ehtiyacları və kovid
pandemiyasına görə yaranmış problemlərlə bağlıdır. Sorğuda iştirak
etmiş 1068 nəfərin əksəriyyəti içməli su və suvarma suyu problemini
qeyd edib.
1. Xuldərə İcma Mərkəzi - içməli su problemi
2. Mollaoğlu İcma Mərkəzi – suvarma suyu problemi
3. Algeti İcma Mərkəzi - yol problemi
4. Ağməmmədli İcma Mərkəzi – zibil problemi
5. Qasımlı İcma Mərkəzi – suvarma suyu problemi
6. Aşağı Saral İcma Mərkəzi – içməli su problemi
7. Nəzərli İcma Mərkəzi (Qardabani) - içməli su
problemi
Yeni Düşüncə İnstitutu icma mərkəzləri ilə birlikdə regional layihə
həyata keçirir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin
(USAİD) maliyyə dəstəyi və Şərq-Qərb İdarəçilik İnstitutunun (EWMI)
ACCESS layihəsinin dəstəyi ilə həyata keçirilir.