Problem olmasa, o zaman burada nə gəzirəm, papağımı başıma qoyub evə gedərəm – Zaur Tabatadze ilə müsahibə
Marneuli bələdiyyəsində 6 kənddə aparılmış araşdrımaya görə, əhalini ən çox içməli su problemi narahat edir. “Yeni Düşüncə İnstitutu” 12 may tarixindən 20 may tarixinə qədər 7 kənddə sorğu keçirib. Sorğu kəndlərin ehtiyacları və kovid pandemiyasına görə yaranmış problemlərlə bağlıdır. Sorğuda iştirak etmiş 1068 nəfərin əksəriyyəti içməli su və suvarma suyu problemini qeyd edib.

1. Xuldərə İcma Mərkəzi - içməli su problemi
2. Mollaoğlu İcma Mərkəzi – suvarma suyu problemi
3. Algeti İcma Mərkəzi - yol problemi
4. Ağməmmədli İcma Mərkəzi – zibil problemi
5. Qaımlı İcma Mərkəzi – suvarma suyu problemi
6. Aşağı Saral İcma Mərkəzi – içməli su problemi
7. Nəzərli İcma Mərkəzi (Qardabani) - içməli su problemi


Yeni Düşüncə İnstitutu icma mərkəzləri ilə birlikdə regional layihə həyata keçirir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi və Şərq-Qərb İdarəçilik İnstitutunun (EWMI) ACCESS layihəsinin dəstəyi ilə həyata keçirilir.

“Marneuli” radiosu maraqlandı ki, kəndin timsalında, bələdiyyədə nə düşünürlər, hansı planları var və problemlərin həllini planlaşdırırlar yoxsayox. Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze ilə müsahibə yazdıq. Tabatadze problemlərin həll olunacağı vaxtı dəqiq qeyd etmir. Ancaq etiraf edir ki, bələdiyyə həqiqətən bu kimi problemlərin qarşısında durur və problemlər üzərində işləməyə başlayıblar.

- Cənab Zaur, Marneulinin altı kəndində aparılmış araşdırmaya əssasən iki yerdə, Xuldərə və Aşağı Saralda əhali əsas problem olaraq içməli suyu qeyd edib. Problemlərin həlli planlaşdırılırmı və nə zaman?

“İndi təəcübləndim, çünki demək olar Marneuli bələdiyyəsində içməli su problemi 85% həll olunub. Beş ildir ki, bu istiqamətdə işləyirik və bu il daha beş ya altı layihə həyata keçirilir. Mən Xuldərə və Aşağı Saralı da nəzərə alacam, çünki əhalidən nə də kənd müvəkkilindən heç bir ərizə gəlməyib. Ancaq nəzərə alacam.

- Mollaoğlu və Qasımlı kəndində suvarma suyu problemini qeyd ediblər. Bu istiqamətnə nisə planlaşdırılırmı?

“Mollaoğlu və Qasımlıda da indiyə kimi problem var idi. Bildiyiniz kimi, Debet çayında HES tikilib və səhv etmirəmsə, müqavilə əsasında 5 may tarixindən oktyabrın ortalarına qədər bizim su təchizatının Marneuli filialı su verəcək. Bu problem mövcuddur, intensiv olaraq işlər aparılır. Kanallar təmizlənir və hesab etmirəm ki, bu il Marneuli bələdiyyəsində ciddi suvarma və içməli su problemi olsun. Hər halda, Marneuli Su Təchizatı Xidmət Mərkəzi” ilə gündəlik ünsiyyətimiz var.

- Sorğu aparılan altı kənddən, Algeti sakinləri yol problemini qeyd edib. Problemin həlli planlaşdırılırmı?

“Algetidə, mərkəzi yolda problem yoxdur, daxili yollarda var. Beş il ərzində biz əsas aksenti yönəltmişdik ki, bütün kəndlərə getmək üçün yol olsun. Ancaq, biz içməli su ilə bağlı işləri başa vurduğumuz yerlərdə yolun təmirinə başlayırıq. Bu su təchizatı mövzusu kimi geniş miqyaslı işdir. Biz indi kəndlərdə işləyirik. Bildiyiniz kimi Marneulidə 80-dən artıq kənd var və su problemi kimi hamısı eyni zamanda həll olunmayacaq. Daxili yol problemi olan bütün kəndlərdə çınqıl tökmə işlri həyata keçirməyə çalışırıq ki, yolda hərəkət etmək mümkün olsun, palçıq olmasın. Gizlətmirəm və deyim ki, ola bilsin hansısa döngədə və küçədə bu problem olsun, ancaq Marneuli bələdiyyəsində problem olmasa, o zaman burada nə gəzirəm, papağımı başıma qoyub evə gedərəm. Bizim məqsədimiz bugünkü günün dünəndən yaxşı olmasıdır. Bu istiqamətdə işləyirik, yol və içməli su ilə bağlı təxminən 16 milyonluq işlər həyata keçiririk”.

- Ağməmmədli kəndində isə əsasən zibil problemini qey dediblər. Bu baxımdan bələdiyyədə qanunsuz zibilliklərin təmizlənməsi üçün nəisə planlaşdırılırmı?

“Bu problem yalnız Ağməmmədlidə deyil, digər kəndləri də narahat edir. İşləyirik, bu il kommunal təsərrüfatlar üçün də iki xüsusi maşın alırıq. Çalışacağıq maksimum dərəcədə bu istiqamətdə gedək və işləyək. Doğru deyirsiniz, sizinlə razılaşıram ki, bu problem həll edilməlidir. Ancaq bildiyiniz kimi adam ev tikənrə fundamentdən başlayır və sonra yuxarı gedir. Yəni, hələ ən əsas problemi, infrastrukturu həll edirik və paralel rejimdə bu istiqamətdə də işləyirik”.


Print ელ. ფოსტა
FaceBook Twitter Google