23 iyun tarixində Xalq Müdafiəçisi Parlamentdə 2020-ci ilin insan
hüquqları ilə bağlı hesabatını təqdim edib. Hesabat təqdim
olunduqdan sonra Tariel Nakaidze Parlamentdə çıxış edib.
O, Xalq Müdafiəçisinin hesabatı ilə bağlı danışıb, etnik və dini
azlıqların məsələsini diqqətə yetirib.
“Mən bu gün, öz çıxışımda etnik azlıqlarla bağlı
problemləri, Gürcüstan hakimiyyətinin onlara münasibətini izah
etməyə və daha da aydınlaşdırmağa çalışacağam. Qanunvericilik,
icraçı hakimiyyət yaxud ümumiyyətlə, siyasi ritorika çərçivəsindəki
yanaşma barədə danışacağam. Bu istiqamətdə bir neçə misal qeyd edə
bilərəm. Birinci, Gürcüstanın Baş-naziri, Qaxarianın icraçı
hakimiyyətdən çıxışıdır. O, Pankisiyə gedəndə, Pankisi sakinlərinə,
bizim soydaşlarımıza müraciəti, eləcə də pandemiya dövründə o,
bildirmişdi ki, Gürcüstan provoslav ölkəsidir. O, bu müraciətlə
yanaşı çoxluğun dininə düzgün ibadət etməkdə, açıq şəkildə düzgün
ibadət etməkdə dəstək oldu və eyni zamanda etnik azlıqları dini
hissədəki müxtəlif istiqamətlərdə
məhdudlaşdırdı.”
Parlament deputatı Daxili İşlər nazirinin Dmanisi hadisələri ilə
bağlı çıxışını da xatırlayıb. Daxili İşlər naziri bildirmişdi ki,
problemin həlli qonşu ölkənin strateji əlaqələri ilə əlaqədardır.
16 may tarixində, Dmanisidə məişət zəminində münaqişə başlamışdı.
17 may tarixində, bütün gün ərzində, iki etnik qrup – gürcü və
azərbaycanlılar arasında münaqişə davam edirdi.
Tariel Nakaidze icraçı hakimiyyət nümayəndələri ilə birlikdə
Parlament deputatlarının etdiyi diskriminasiya məzmunlu ifadələrini
xatırlayıb.
“Misal üçün xanım Nino Tsilosani və Eliso Bolkvadzenin Dmanisi ilə
əlaqədar çıxışlarını qeyd edə bilərəm. Onlar iki ölkə arasında
barışdan danışırdılar. Həmçinin, Nino Tsilosani Buknari məsələləri
barədə danışırdı ki, guya müsəlman və gürcüləri barışdırıblar. Bu
münasibətlər çox mühümdür, çünki bu ümumiyyətlə bizim soydaşlarımız
olan etnik azlıqlara qarşı yanaşmanı müəyyən
edir.”
Deputat çıxışı zamanı qanunvericilik təşəbbüsünə də diqqət yetirib.
Həmin təşəbbüsə əsasən, Gürcüstan Azərbaycanlıları Novruz
bayramının istirahət günü elan edilməsini tələb edirdi.
“Gürcüstan qanunvericiliyində heç bir yerdə etnik
azlıqlarla bağlı mədəni narativ yoxdur. Gürcüstan Azərbaycanlıları
artıq Novruz bayramının istirahət günü elan edilməsi ilə bağlı bizə
müraciət ediblər. Mən düşünürəm ki, bunu dəstəkləməyimiz və gürcü
qanunvericiliyində etnik azlıqların mədəniyyəti ilə bağlı ciddi
faktlarımız olduğunu qeyd etməyimiz çox
mühümdür.”
Nakaidze 2014-cü ildə təsis edilmiş "Dini Məsələlər Dövlət
Agentliyini" vurğulayaraq qeyd edib ki, agentlik hazırda
konstitusiya və münasibətlərin tənzimləyicisi deyil, dövlət və dini
təşkilatlar arasında tənzimləyicidir. Agentlik nəzarət və dini
fəaliyyətlərə müdaxilə mexanizmidir.