Milli Kitabxana Tserakvidə “kitabxana parkı” açıb
Gürcüstan Milli Kitabxanasının təşəbbüsü ilə Tserakvidə “kitabxana parkı” açılıb. Gürcüstan Milli Kitabxanasının rəhbəri Qiorqi Kekelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Kitabxana parkı” Gürcüstan miqyasında bütün kəndlərdə və inzibati mərkəzdə qurulacaq.

“Bunun iki məqsədi var. Biri kitabın simvolik şəkildə xatırladılmasıdır. Digəri isə praktikidir, sən bu kitabları götürürsən və oxuyursan, qaytarırsan və s. Kəndin özü tamamilə əfsanəvidir. Bir tərəfdən böyük gürcü yazıçısı Mixeil Cavaxişvilinin kəndidir. Digər tərəfdən kitabxana ilə də əlaqədardır. Çünki həmin kənddən olan Nodar Tsuleiskiri kitabxana rəhbəri və eyni zamanda çox yaxşı yazıçı idi.”

Qiorqi Kekelidzenin sözlərinə görə, Milli Kitabxana Marneulinin bütün kəndlərində “kitabxana parkı” ya “kənd kitabxanası”-nın açılmasını planlaşdırır. Onun sözlərinə görə, 2021-ci il üçün prioritet Marneulidə qeyd olunan şəkildə kitabxanaların açılmasıdır. 

Tserakvi ictimai məktəbinin direktoru Salome Mağaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kitabxanadan şagirdlər, həmçinin, digər sakinlər də faydalana bilərlər.

“Bizim məktəbdə də kitabxanamız var və olduqca çox sayda adam faydalanır. Yardım edənlərimiz də çoxur. Ona görə, əgər kimsə bizim kənd kitabxanasına kitab hədiyyə etmək istəsə, heç bir problem olmaz, əksinə sevinclə qarşılayarıq”, – Salome Mağaşvili bildirdi.

Tserakvinin “kitabxana parkı” oxuculara elmi, eləcə də bədii ədəbiyyat təqdim edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია