23 sentyabr tarixində, Mərkəzi Seçki Komissiyasının nümayəndələri
Marneulidə görüş keçiriblər. Yerli mülki sektorunun nümayəndələri
və müxtəlif təşkilatlarla seçki prosesini müzakirə ediblər.
MSK-nın sədri Qiorqi Kalandarişvili "Marneuli" radiosu ilə söhbəti
zamanı bildirdi ki, ölkənin bütün vətəndaşlarının seçkidə bərabər
imkanlarla iştirak etməsi mühümdür.
“İctimai həyata fəal olaraq qoşulmuş gənclərlə
görüşürük və onlarla birlikdə seçicilərin, xüsusilə gənc
seçicilərin daha da fəal olmasına, onların seçki prosesinə
qoşulmasına səbəb olacaq məsələləri müzakirə edəcəyik. Ola bilsin
qısamüddətli, eləcə də uzunmüddətli perspektivlərdə bu məsələləri
düşünək. Bizim işlərimizdən biri budur ki, bütün mümkün hallarda,
etnik azlıqların seçkidə iştirak etmək imkanı varsa, bütün vacib
seçki sənədlərinin onların başa düşdüyü dillərə tərcümə edilməsini
təmin edirik. Biz bunu böyük uğurla həyata keçiririk və bu prosesi
mütləq davam etdirəcəyik. Bizim üçün administrasiyanın bərabər
şəraitdə seçkilərdə iştirak etməyin təmin edilməsi üçün nələr edə
biləcəyi daha maraqlıdır.”
Görüş iştirakçılarından biri, mülki fəal Samirə Bayramova bildirdi
ki, qərar qəbul edəcək və məsələyə reaksiya göstərə biləcək
insanlarla ünsiyyət qurmaq mühümdür. O, hesab edir ki, bu günə
qədər məntəqə seçki komissiyası üzvlərinin peşəkarlığı məsələsi
problem olaraq qalmaqdadır.
“12 ildir ki, seçki prosesində iştirak edirəm. Ancaq
MSK-nın görüşündə ilk dəfə iştirak edirəm ki, mövcud problemlərdən
danışmaq imkanım olsun. Bir tərəfdən yeniliklər barədə
məlumatımızın, digər tərəfdən isə reaksiya göstərə biləcək
adamlarla birbaşa əlaqəmizin olması çox mühümdür. Regionun
səciyyəviliyindən irəli gələrək, seçki prosesləri çətindir. Təəssüf
ki, bütün Gürcüstanda seçki mədəniyyəti yarada bilməmişik və insan
haqları pozulur. Təəssüf ki, bu günə qədər komissiya üzvlərinin
təlimi məsələsi problem olaraq qalır. İllərdir ki, eyni adamlar
komissiya üzvü olurlar, ancaq seçki məcəlləsini, öz hüquqlarını və
məntəqədə hansı rollarının olduğunu
bilmirlər.”
Etnik azlıq məsələləri üzrə işləyən qrupun rəhbəri Sofo Siçiniava
bildirdi ki, MSK bütün Gürcüstan miqyasında pandemiya şəraitində
tətbiq edilmiş tənzimləmələrə riayət etməklə seçicilərə xidmət
göstərməyə hazırdır. O, bildirdi ki, MSK seçicilərin gürcü dilini
bilmədiyi regionlarda seçki sənədlərinin tərcüməsini təmin
edəcək.
"Bu region üçün sənədlər gürcü –Azərbaycan dillərinə və
dörd qarışıq məntəqədə gürcü-azərbaycan-erməni dilinə tərcümə
olunacaq. Bu seçki bülleteni, seçicilərin vahid siyahısı,
bülletenlərin doldurulma qaydasıdır. Hər bir məntəqə seçki
komissiyasının üzvü seçiciyə xidmət göstərmək üçün rəsmi hazırlıq
keçir.”
Yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.