Mixail Saakaşvili yeni bir açıqlama verib
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Facebook-da daha bir yeni açıqlama verib. Onun sözlərinə görə, ABŞ Konqresində və Senatında keçirilən görüşlərdə hamı Gürcüstanda demokratiyanın təhdid edilməsindən danışıb.

"Bəzən deyirlər ki, Amerikalılar sanksiyalar tətbiq etməsə, heç bir şey dəyişməyəcək, Mişa gəlməsə heç bir şey dəyişməyəcək. Əlbəttə ki, mən dediyim sözü həyata keçirəcəm. Ancaq, biz əl-ələ verməsək heçnə dəyişməyəcək. Mişanın iki əli, iki ayağı və bir ağzı var. Əgər Gürcüstan xalqı əlini tərpətməsə, Mişa belə bir şey edə bilməyəcək. Bütün bunların öz məntiqi var. Buna görə də bizim hərəkətə keçməyimiz üçün, bir neçə günümüz qalıb", - deyə Saakaşvili bildirib.

Mənbə: Publika
Print