Qardabanidə idman zalının açılışı olub (VİDEO/FOTO)
Bu gün, 25 sentyabr tarixində Qardabani rayonunda "Qardabani Kick Boxing Club" idman zalının açılışı baş tutub. Açılış mərasimində Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev, Kvemo Kartli Qubernatorunun müavini Qiorqi Şinciaşvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayədəsi Ramil Lətifov, Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov və birliyin üzvləri, eləcə də digər rəsmi şəxslər, idmançılar və qonaqlar iştirak edirdilər.

Açılış mərasimində qırmızı lenti Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia və Qardabanili idmançı Kəmalə Məmmədova kəsərək, qonaqlarla birlikdə idman zalında yaradılan şəraitlə tanış oldular.

Tədbirdə çıxış edən qonaqlar bölgələrdə və eləcə də Qardabani rayonunda bu cür idman mərkəzlərinin yaradılmasının önəmindən danışdılar. Onlar qeyd etdilər ki, bu cür idman mərkəzlərinin yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili olunmasına, onların irimiqyaslı və ölkə əhəmiyyətli idman yarışlarında iştirak etməsinə və ən önəmlisi isə sağlam şəraitdə böyüməsinə şərait yaradacaq.

Daha sonra idman zalının açılmasında göstərdikləri xidmətlərinə görə, Məkan Xəmmətov və Hacı Vəliyevə Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi tərəfindən sertifikat təqdim olundu. Tədbir iştirakçıları Məkan Xəmmətov və Hacı Vəliyevə tutduqları bu yolda uğurlar arzu edərək, onlara öz təşəkkürlərini bildirilər.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია