Mərkəzi Seçki Komissiyası Marneulidə yerli özünüidarə seçkilərinin
nəticələrini yayımlayıb.
Nəticələrə əsasən, Marneuli meri “Gürcü Arzusu”-nun namizədi Kənan
Ömərov olub.
Ömərov yerli özünüidarə seçkilərində 31 565 səs toplayıb. Bu isə
seçkidə iştirak etmiş seçicilərin 68,01%-dir.
İkinci yerdə səslərin 28,11%-i ilə “Vahid Milli Hərəkat”-ın
Marneuli meri vəzifəsinə namizədi Eldar Mustafayevdir. Onu 13 047
seçici dəstəkləyib.
“Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədi Əhməd
İmamquliyev isə 1 800 səs toplayıb və bu seçicilərin 3,88%
deməkdir.
Müxalifət partiyaları Marneulidə keçirilmiş seçkiləri mənfi
dəyərləndiriblər. Onları bildiriblər ki, “Gürcü Arzusu” bütün
məntəqələrdə səsləri saxtalaşdıraraq, seçiciləri alaraq, zorakılıq
və seçicilərin hədələnməsi yolu ilə qələbə çalıb.
“Gürcü Arzusu” isə bildirir ki, Marneulidə seçkilər sakit rejimdə
keçib.