5 oktyabr tarixində, Laşa Kveladzenin ilkin məhkəmə iclası
keçirilib. Kveladze “Gürcü Arzusu”-nun Sadaxlıdan olan majoritar
deputatı Rövşən İsgəndərova hücum etməkdə ittiham olunur.
Prokuror məhkəmə iclasında ilkin tədbir olaraq azadlıqdan
məhrumetməni, müdafiə tərəfi isə iclasda Kveladzenin zaldan azad
edilməsini tələb edib.
Məhkəmə qərarı ilə “Vahid Milli Hərəkat”-ın üzvü Laşa Kveladzeyə
ilkin tədbir olaraq 4000 lari dəyərində girov təyin edilib.
“Əlbəttə, bu mənim üçün qəbuledilməzdir. Günahkar onlardır və məni
tutublar, mənə girov təyin ediblər. Bugünkü hakimiyyətdə ədalət
tapmaq olmaz, nə qərar veriblər hələ ki, onunla
razılaşıram”, – Laşa Kveladze bildirdi.
Prokurorluq Laşa Kveladzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin
118-ci maddəsinin birinci hissəsi ilə (sağlamlığa qismən ağır ziyan
vurma) ittiham irəli sürüb. Həmin maddəyə görə bir ildən üç ilə
qədər həbs cəzası nəzərdə tutulur.
Bələdiyyə Məclisinin Sadaxlı ərazi vahidliyindən majoritar deputatı
Rövşən İsgəndərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, indiki mərhələdə o, xəstəxanadadır. Çünki 30 sentyabr
hadisəsindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranıb.
Laşa Kveladze Rövşən İsgəndərovun xəstəxanada olması faktının yalan
olduğunu qeyd edir və bildirir ki, İsgəndərov ədalətdən qorxur.
Çünki məhz Kveladzeni döymək məqsədi ilə o, özü təqib edirmiş və
indi bu faktı gizlətməyə çalışır.