Saakaşvilinin azad edilməsi tələbi ilə keçiriləcək aksiyaya Marneulilər də qoşulurlar
Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə planlaşdırılmış askiyaya Marneulililər də qoşulur. Bu gün, 14 oktyabr tarixində, Marneulidən Tbilisiyə onlarla avtomobil və mikroavtobuslar gedib.

“Vahid Milli Hərəkat”-ın üzvü Davit Kimadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Saakaşvilinin azad edilməsi tələbi ilə keçiriləcək aksiyaya getmək üçün demək olar, Marneulinin bütün kəndlərinin əhalisi səfərbər edilib.

“Bu bizim bütün ictimaiyyətin tələbi və istəyidir ki, bizim prezident azad edilsin. Bu gün bizim prezidentin kamerada olması faktı utandırıcıdır və dövlətin törətdiyi cinayətdir. Çünki bizim prezidenti həbs ediblər. Biz ona görə toplaşırıq ki, Tbilisiyə gedək. Dinc aksiya ilə hakimiyyətdən Mixeil Saakaşvilinin azadlığını tələb edək”, – Davit Kimadze bildirdi.

Gürcüstanın üçüncü prezidentinin azad edilməsi tələbi ilə keçiriləcək aksiyaya Marneulili İamze Maisuradze də qoşulur.

“Bu adamı çox sevirəm və istəyirəm ki, Mixeil Saakaşvili azad edilsin. Mişa Saakaşviliyə azadlıq. O, bizim prezidentimizdir. Onu sevirəm və məhz buna görə də aksiyaya gedirəm.”

Tbilisidə, Parlament binası qarşısında keçiriləcək aksiyaya qoşulmaq üçün Marneulidən yüzdən artıq maşın gedib. “Vahid Milli Hərəkat”-dan bildirdilər ki, Marneulidən aksiyaya minlərlə adam qoşulacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google