Gürcüstanda koronavirusa daha 3 270 nəfər yoluxub
Gürcüstanda son sutkada daha 3 270 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 26 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 652 677-yə, ölənlərin ümumi sayı isə 9 396-ya yüksəlib.

Ötən 24 saat ərzində sağalanların sayı 1 298 nəfər artaraq 608 861 olub.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია