Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundzadə adına
Azərbaycan Mədəniyyəti Mərkəzində
“Regionda gənclərin
və medianın sülhə dəstəyi” adlı forum keçirilir.
Tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənclərin
Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı
ilə təşkil olunub.
Forumda Azərbaycan və Gürcüstan mediasını, qeyri-hökumət
təşkilatlarını təmsil edən nümayəndələr və ekspertlər iştirak
edir.
Tədbir çərçivəsində “Regionda medianın sülhə dəstəyi” və “Regionda
gənclərin sülhdə dəstəyi” mövzularında panel müzakirələri
aparılacaq.
Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycanın Diasporla İş
üzrə Dövlət Komitəsi forumun tərəfdaşları qismində çıxış edir.
Tədbir iştirakçıları sabah Marneulidə Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzində 44 günlük Vətən müharibəsindəki Zəfərin
birinci ildönünümə həsr olunan konfransda bir araya gələcəklər.