“ZƏHRA ANA” yardımlaşma fondu illik hesabatını təqdim edib
“Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu artıq 1 ildir ki, xeyriyyə işlərini davam etdirir. Bir qrup inanclı xanımların təşəbbüsü ilə təşkil olunan bu fonda 200 nəfərə yaxın könüllü yardımsevər vətəndaşlar (ayda azı 5-10 lari olmaqla) daima yardım köçürürlər. Bu günə qədər ümumilikdə 40 min larilik xeyriyyə işləri həyata keçirilib”, – fondun rəhbəri Laləzar İbrahimova illik hesabatı təqdim edərkən bildirib.

O, qeyd edib ki, fond yarandığı gündən məhz toplanan ianələr hesabına bir sıra xeyriyyə işləri həyata keçirib.

"Onlarla kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə ümumilikdə 500 ərzaq paketi təqdim edib. 50 Nəfərə yaxın imkansız xəstənin müalicəsinə və ya dərmanlarının alınmasına kömək edib. 30 aztəminatlı ailələrin uşaqlarını paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin edib. Evləri olmayan və ya qəza vəziyyətində olan 6 ailənin evlərinin müəyyən təmir işlərinə yardım əli uzadıb və 10 yoxsul ailənin evlərinin isitməsinə yardımçı olub. Fond yeni ildə, Qurban və Ramazan bayramında da yoxsul ailə və uşaqları hədiyyələrlə sevindirir."

“Zəhra Ana” fondunun rəhbəri yardım edənlərə və bu yolda zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google