Azərbaycan Baş prokuroru Kamran Əliyev Gürcüstanda rəsmi
səfərdədir.
O, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə
görüşəcək.
Görüşdə iki ölkə arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları
arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb.
Baş prokuror Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin abidəsini ziyarət edəcək.
Mənbə: report.az