"Azərbaycan 30 ilə yaxın dövrdə Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli istiqamətində böyük səylər göstərdi, lakin heç
bir nəticə əldə olunmadı".
Bunu Yaxın Şərq və Qafqaz İnstitutunun direktoru Vasili Papava
Tbilisidə keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi”
adlı forumda müzakirələr zamanı deyib.
Siyasi təhlilçinin sözlərinə görə, bu dövr ərzində Azərbaycan böyük
səbr nümayiş etdirdi:
"Qonşu ölkəmiz uyğun geosiyasi
vəziyyətin yetişməsini gözlədi və işğalda saxlanılan ərazilərinin
azadlığı uğrunda müharibəyə başladı. Azərbaycan xalqı da Vətən
müharibəsinə hazır idi".
V. Papava qeyd edib ki, Azərbaycanın Qələbəsi bölgədəki
separatçıları böyük qorxuya salıb:
"Separatçı qüvvələr
də gördü ki, haqq-ədalət gec-tez bərpa olunur və onlar məqsədlərinə
nail ola bilmirlər. Gürcüstan Azərbaycandan örnək götürməli, ölkə
daxilində və beynəlxalq aləmdə işğal mövzusunun unudulmasına imkan
verməməlidir".
O, müharibə dövründə Azərbaycan mediasının fəaliyyətini yüksək
qiymətləndirərək vurğulayıb ki, mətbuat funksiyasını vahid və
birləşmiş formada həyata keçirirdi.
Mənbə: report.az