Gürcüstanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu məlumat nazirliyin Tvitter səhifəsində yerləşdirilib. Məlumata
görə, səfir Mixail Saakaşvilinin səhhətinin müzakirəsi üçün dəvət
edilib.
Səfirə Tbilisinin avroatlantik inteqrasiyası üçün şəffaflıq,
qanunun aliliyi və siyasi təzyiqdən çəkinməyin vacib olduğu
bildirilib.
Qeyd edək ki, Mixeil Saakaşvili 1 oktyabr tarixində Tbilisidə polis
tərəfindən həbs edilib. O, həbsxanaya yerləşdirildikdən sonra,
aclıq aksiyasına başlayıb.