Rustavidə yerləşən 17 saylı həbsxanada baş vermiş yanğın nəticəsində həyatını itirən 2 məhbus təsərrüfat hissəsində işləyiblər. Bir neçə yemək xidməti əməkdaşı da xəsarət alıb - Penitensiar Xidmət
Penitensiar Xidmətdən verilən məlumata görə, Rustavi N17-ci Cəzaçəkmə Müəssisəsində baş verən yanğın nəticəsində həyatını itirən məhkumlar həbsxananın təsərrüfat hissəsində işləyiblər.

Eyni zamanda, qurumun açıqlamasına görə, yanğın nəticəsində penitensiar xidmətin yemək xidməti şirkətinin bir neçə əməkdaşı yaralanıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, yanğının səbəbi hələlik məlum deyil.

"Xüsusi Penitensiar Xidmət hadisə ilə əlaqədar dərin kədərini bildirir və həlak olanların ailələrinə başsağlığı verir. N17 cəzaçəkmə müəssisəsinin mətbəxində baş verən yanğının iki məhkumun - Roman Kristesiaşvili və İliya Xipaşvilinin həyatını itirib. Hər ikisi də müəssisənin təsərrüfat hissəsində işləyirdi.
Həmçinin,
tüstüdən zəhərlənmə nəticəsində "İli Group" şirkətinin (penitensiar xidmətin qida xidməti şirkəti) bir neçə əməkdaşı yüngül xəsarət alıb, sağlamlıqları üçün təhlükə yoxdur.

Saat 14.20 radələrində həbsxananın mətbəx hissəsində naməlum səbəbdən yanğın baş verib. Xatırladaq ki, mətbəx məhkumların yaşayış binasından uzaqda yerləşir və yanğının yayılması təhlükəsi olmayıb.

Hazırda yanğın söndürülüb.

Hadisə barədə dərhal Dövlət Müfəttişliyi Xidmətinə məlumat verilib. Həmçinin Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi də məlumatlandırılıb.

Yanğının səbəbləri və mühiti davam edən istintaq tədbiləri çərçivəsində müəyyən ediləcək",
- deyə məlumatda bildirilib.

Mənbə: İnterPressNews
Print