Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin sözlərinə
görə, Qiqi Uqulava cərimələnə bilər.
"Qiqi Ugulavaya gəlincə karantin qaydalarını pozsa,
buna görə cərimələnəcək", - deyə Daraxvelidze qeyd
edib.
Məlumat üçün bildirək ki, dünən mitinqdə iştirak edən Qiqi Uqulava
təxminən bir həftə əvvəl koronavirus olduğu təsdiqlənib. Qiqi
Uqulavanın sözlərinə görə, mitinqə qatılmazdan əvvəl mənfi cavab
göstərən bir test alıb və həkimlə məsləhətləşdikdən sonra mitinqə
gəlməyə qərar verib.